Avq
2022
17:59
284
32
1483
Virtual karabakh

Məzahir Əfəndiyev: “Azərbaycan bayrağına qarşı edilmiş xəta qəbuledilməzdir” - AÇIQLAMA

5 Avq, 2022
17:59
1483

Məzahir Əfəndiyev: “Azərbaycan bayrağına qarşı edilmiş xəta qəbuledilməzdir” - AÇIQLAMA

“Mən bu hadisədə iştirak edən insanların əməllərini şiddətlə qınayır və Böyük Britaniyanın da 18 aprel 1961-ci il tarixində qəbul olunmuş, ölkəmizin isə 21 iyul 1992-ci ildə qoşulduğu diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına dair öhdəliyi olduğunu bir daha vurğulayıram”.

Bu sözləri Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı Oxu.Az-a danışarkən Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O, Böyük Britaniya hökumətinin tezliklə məsələyə hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bildirib: 

“Eyni zamanda Azərbaycan bayrağına qarşı edilmiş xəta, habelə səfirliyimizin əməkdaşlarının hadisə zamanı keçirdiyi narahatlıq qəbuledilməzdir. Ümid edirəm ki, Böyük Britaniya hökuməti tərəfindən açılmış cinayət işi tezliklə məsələyə hüquqi qiymətin verilməsini təmin edəcək və baş vermiş hadisədə məsul olan qurumlar götürdükləri öhdəliklərə dair öz açıqlamalarını gecikdirməyəcəklər”.

Xatırladaq ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 

Hadisəni törətməkdə şübhəli bilinən səkkiz nəfər isə həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri