16 
Avq
2022
11:40
111
12
974
Virtual karabakh

“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib - FOTO

16 Avq, 2022
11:40
974

“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib - FOTO

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Otar şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində tapşırıqlar icra edilib.

Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuela və Zimbabve komandalarının iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı yerinə yetirilib.
Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Artilleriyaçılarımız bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.

Mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Azərbaycan ikinci, Rusiya artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri