16 
Avq
2022
15:00
235
22
1281
Virtual karabakh

Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb

16 Avq, 2022
15:00
1281

Türkmənistanın yeni səfiri İlham Əliyevin qəbulunda Azərbaycan dilində danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən Azərbaycan dilində danışıb.

Səfiri salamlayan Prezident İlham Əliyev deyib:

“Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri