27 
Avq
2022
15:03
293
31
1206
Virtual karabakh

Prezidentin köməkçisi: “ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü, yoxsa bərpa işlərinimi həzm edə bilmir?”

27 Avq, 2022
15:03
1206

Prezidentin köməkçisi: “ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü, yoxsa bərpa işlərinimi həzm edə bilmir?”

“Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər”.

APA xəbər verir ki, bunu Şuşada Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, hazırda Şuşada dünyanın dörd bir tərəfindən nümayəndələr iştirak edir: “Gördüyünüz kimi, burada çoxsaylı dövlətlərin nümayəndələri iştirak edirlər. Hazırda Şuşada, demək olar ki, dünyanın bütün qitələrini təmsil edən dövlətlərdən nümayəndələr var. Məsələn, Avropa, Asiya, Latın Amerikası ölkələri - Qvatemala, Panama, Argentina, həmçinin Afrika ölkələri - Uqanda, Çad və digər ölkələr, eyni zamanda, Avstraliya və Okeaniya regionu ölkələrinin təmsilçiləri bu gün buradadır. Və bu iştirak onlar üçün də kifayət qədər maraqlıdır. Həqiqətən, Azərbaycan tərəfindən qısa müddətdə həyata keçirilən rekonstruksiya layihələrinə bizim diplomat dostlarımız və həmkarlarımız təəccüblərini gizlədə bilmirlər. Bütün bunların qısa dövr ərzində həyata keçirilməsi çox böyük maraqla qarşılanıb”.

Prezident köməkçisi ABŞ və Fransanın sözügedən konfransda iştirak etmədiyinə diqqət çəkib: “Amma bu tədbirdə iştirak etməyən iki dövlət var ki, mən o ölkələri xüsusilə qeyd etmək istəyirəm: ABŞ və Fransa. Onların burada iştirak etməməsinin səbəbini biz başa düşə bilmirik. Düzdür, Şuşa şəhərinin məhz o ölkələrin iştirakına ehtiyacı yoxdur. Gələ də bilərlər, gəlməyə də. Yəni ki, bundan sonra biz onları heç dəvət də etməyəcəyik. Amma onların gəlməməsi bir daha da Minsk qrupu çərçivəsində və Minsk qrupunun yenidən bərpası və reanimasiyası haqqında bəzi bəyanatlarla çıxış etməsi onların 30 illik danışıqlar prosesi çərçivəsində hansı missiyanı həyata keçirməsini bir daha göstərir. Onlar Azərbaycanın ərazi bütövlüyünümü, yoxsa Şuşa şəhərində olan yenidənqurma və bərpa işlərinimi həzm edə bilmirlər, başa düşmək olmur. Ona görə də ilk növbədə, onlar Azərbaycan xalqı qarşısında cavab verməlidirlər. Əgər onlar özlərini Azərbaycana dost ölkə hesab edirlərsə, bilməlidirlər ki, Şuşa Azərbaycan xalqı üçün böyük bir dəyərdir, Şuşa Azərbaycan xalqının göz bəbəyidir, hər bir Azərbaycan vətəndaşının qəlbində olan bir şəhərdir. Onların bura gəlməməsi bir daha da danışıqlar prosesində 30 illik dövrdə - hansı ki Azərbaycanın vaxtını aldı - hansı məqsədlərə qulluq etməsini və nələrdə maraqlı olduqlarını göstərir”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri