14 
Sen
2022
17:45
937
16
2385
Virtual karabakh

Dövlət Bağçalı: “Qarabağın azadlığına uzanan əllər qırılacaq” - FOTO

14 Sen, 2022
17:45
2385

Dövlət Bağçalı: “Qarabağın azadlığına uzanan əllər qırılacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Can Azərbaycan terrorçu Ermənistan dövləti və onun arxasında duran zalımlar qarşısında heç vaxt tək olmayacaq. Türk milləti öz soydaşlarının arxasındadır”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Xalq Hərəkatı partiyasının sədri Dövlət Bağçalı özünün “Twitter” hesabında Azərbaycan-Ermənistan sərhədində baş verən kəskinləşməyə münasibət bildirərkən deyib.

Ermənilərin hücumlarını pislədiyini deyən partiya sədri Qarabağın azadlığına uzanan əllərin qırılacağına inandığını vurğulayıb.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkə Azərbaycan hər cür qəddar və həyasızcasına oyunları təməlindən məhv etməyə qadirdir. Türkiyənin də dəstəyi tamdır. Ermənistanı meydana çıxarıb “piyada” kimi istifadə edən istənilən ölkə baş verəcək ağır nəticələrə görə məsuliyyət daşıyır”, - deyə o bildirib.

Bağçalı sonda şəhidlərlə əlaqədar başsağlığı verib:

“Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyir, Prezident İlham Əliyevin timsalında qardaş Azərbaycan xalqına və əziz türk millətinə başsağlığı verirəm. Unutmaq olmaz ki, bir kərə yüksələn bayraq bir daha enməz”.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri