16 
Sen
2022
15:24
282
42
2689
Virtual karabakh

Azərbaycanın Ermənistandan “təhlükəsiz zona” tələbi - Komitə sədri açıqladı - VİDEO

16 Sen, 2022
15:24
2689

Azərbaycanın Ermənistandan “təhlükəsiz zona” tələbi - Komitə sədri açıqladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın məqsədi Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılmasıdır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov deyib.

“Təhlükəsizlik zonasının məqsədi sərhədboyu ərazilərə köçürüləcək insanların rahat yaşaması üçündür. Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”, - millət vəkili qeyd edib.

Z.Əsgərov bildirib ki, Ermənistan hər zaman təxribatlara əl atır.

Onun sözlərinə əsasən, Ermənistanın baş naziri Nikol Pasinyan Brüsseldə Prezident İlham Əliyevlə danışıqlarda başqa şey danışır, ölkəsinə gələndə isə başqa cür hərəkət edir.

Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı bölmələri Azərbaycanla sərhədin Kəlbəcər, Laçın və Daşkəsən istiqamətində genişmiqyaslı hərbi təxribat törədib.

Azərbaycan cavab olaraq Ermənistanın yüzlərlə canlı qüvvəsini, hərbi texnikasını, hərbi hissələri məhv edib. Azərbaycan bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri