Okt
2022
00:01
475
16
5385
Virtual karabakh

Vətən müharibəsi: Oktyabrın 3-də azad edilən ərazilər - SİYAHI + FOTO/VİDEO

3 Okt, 2022
00:01
5385

Vətən müharibəsi: Oktyabrın 3-də azad edilən ərazilər - SİYAHI + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin ikinci ildönümüdür.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.

Bildirək ki, həmin zamana qədər Suqovuşan Madagiz adlanırdı.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktaybrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.

Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da – azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri