15 
Okt
2022
12:48
434
10
1452
Virtual karabakh

“Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri rədd edilməlidir” - RƏY + FOTO

15 Okt, 2022
12:48
1452

“Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri rədd edilməlidir” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fransa ilə əməkdaşlıq məsələlərinə yenidən baxılmalı və Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri ölkəmiz tərəfindən rədd edilməlidir”.

Bu sözləri “Report”a açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.

QHT sədri bildirib ki, Avropa İttifaqı Rusiya ilə yanaşı Azərbaycan və Ermənistan arasında konstruktiv danışıqlar prosesində son zamanlar aktivlik nümayiş etdirir. Onun sözlərinə görə, lakin ayrı-ayrı ölkələr, xüsusən də Fransa bu prosesə nümayişkaranə şəkildə mane olmağa çalışır.

Fransada erməni lobbisinin gücündən bəhs edən R.İskəndərli bildirib ki, eyni zamanda Emmanuel Makronun seçiciləri arasında erməni əsilli seçicilərin kifayət qədər olduğu hər kəsə məlumdur:

“Məhz bu amillər səbəbindən Fransa prezidenti məsələyə “Ermənistan tərəfindən çıxış edə bilərəm” kimi yanaşır. Beynəlxalq münasibətlər sistemində vasitəçilik institutu yalnız qərəzsizlik prinsipi əsasında həyata keçirilə bilər. Lakin Fransanın apardığı siyasətdə biz bu qərəzsizlik prinsipinə tamamilə zidd olaraq birtərəfli qaydada Ermənistanı dəstəkləyən bəyanatların şahidi oluruq”.

R.İskəndərli hesab edir ki, həm hüquqi, həm də siyasi çərçivədə Fransa ilə əməkdaşlıq məsələlərinə yenidən baxılmalı və Fransanın vasitəçilik missiyasına səy göstərmək cəhdləri ölkəmiz tərəfindən rədd edilməlidir:

“Bu ölkə heç bir vəchlə vasitəçilik missiyasını ələ ala bilməz. Fransanın tarixi bizə sübut edir ki, o, heç də həmişə demokratik dəyərlərə, insan hüquqlarına riayət etməyib. Buna Fransanın Əlcəzairdə törətdiyi müharibə cinayətlərini, Asiya və Afrika ölkələri kolonialist siyasətini misal gətirmək olar. Bu cür ölkənin münaqişələrin həllində hər hansı cəhdləri səmimi görünmür. Onu da qeyd etmək yerinə düşər ki, Fransa Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdən bir ölkə kimi qardaş ölkənin Aİ-yə üzv olmasının əsas əleyhdarıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri