19 
Okt
2022
19:14
32
290
2459
Virtual karabakh

Aİ missiya Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfər edib – FOTO

19 Okt, 2022
19:14
2459

Aİ missiya Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə səfər edib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının nümayəndə heyəti çərşənbə günü Vardenis rayonunun Azərbaycanla həmsərhəd Tretuk və Kutakan yaşayış məntəqələrinə baş çəkib.

Bu barədə Ermənistanın Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan özünün “Facebook” səhifəsində məlumat yayıb.

Onları Ermənistan Silahlı Qüvvələrinin İkinci Ordu Korpusunun komandanı, polkovnik Vaqram Qriqoryan və Vardenis icmasının rəhbəri Aqaron Xaçatryan müşayiət ediblər.

Aİ texniki qiymətləndirmə missiyasinin nümayəndə heyətinin üzvləri ərazidə geniş araşdırmalar aparacaqlarını və mütəmadi hesabatlar təqdim edəcəklərini bildiriblər.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Ermənistan, Azərbaycan, Fransa və Avropa Şurası liderləri arasında aparılmış danışıqlar nəticəsində Aİ-nin Ermənistana mülki missiyasının göndərilməsi barədə razılıq əldə olunub.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri