22 
Okt
2022
00:01
186
13
2320
Virtual karabakh

İki il öncə: Cəbhənin üç istiqamətində azad edilən kəndlər və qəsəbə - SİYAHI + VİDEO

22 Okt, 2022
00:01
2320

İki il öncə: Cəbhənin üç istiqamətində azad edilən kəndlər və qəsəbə - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan ordusunun bir neçə ərazini işğaldan azad etməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin 22 oktyabrında cəbhənin üç istiqamətində uğurlar qazanılıb.

Azərbaycan hərbçiləri Füzulinin Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndlərini, Cəbrayılın isə Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad ediblər. 

Zəngilana gəlincə, Kolluqışlaq, Malatkeşin, Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qələbə xəbərlərini tvit ataraq xalqa çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri