23 
Okt
2022
00:01
291
12
2340
Virtual karabakh

Bir neçə kəndin azad edilməsindən iki il keçir – SİYAHI + FOTO

23 Okt, 2022
00:01
2340

Bir neçə kəndin azad edilməsindən iki il keçir – SİYAHI + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan ordusunun Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlının bir neçə kəndlərini işğaldan azad etməsindən iki il keçir.

Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabrın 23-də Xocavəndin Dolanlar, Bünyadlı, Cəbrayılın Dağ Tumas, Nüsüs, Minbaşılı kəndləri və Xələfli qəsəbəsi Ermənistanın işğalından azad edilib.

Eyni tarixdə Zəngilanın Vənədli, Mirzəhəsənli kəndlərində də işğala son qoyulub.

Həmin gündə Azərbaycan ordusu ilk dəfə olaraq Qubadlı istiqamətində bir neçə kəndi işğaldan qurtarıb.

Belə ki, Qubadlının Zilanlı, Kürd Mahmudlu, Muğanlı və Alaqurşaq kəndlərində işğala son qoyulub.

Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri