24 
Okt
2022
20:05
29
458
1937
Virtual karabakh

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

24 Okt, 2022
20:05
1937

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr Departamentinin direktoru Mark Kemeron Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik bölgəsinə səfər edib.

Bu barədə bazar ertəsi ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mark Kemeron Qeqarkunik rayonuna - Vardenis və Sotk yaşayış məntəqələrinə səfər edib, Ermənistan Silahlı Qüvvələrinin ikinci korpusunun komandiri ilə görüş keçirib, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Səfər zamanı o, Cənubi Qafqazda davamlı sülh məsələlərində ABŞ-ın dəstəyini bir daha vurğulayıb”, - məlumatda bildirilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri