28 
Okt
2022
18:11
11
224
4632
Virtual karabakh

KTMT-dən Ermənistan – Azərbaycan sərhədindəki vəziyyətə dair BƏYANAT – YENİLƏNİB

28 Okt, 2022
18:11
4632

KTMT-dən Ermənistan – Azərbaycan sərhədindəki vəziyyətə dair BƏYANAT – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KTMT Şurası Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin siyasi və diplomatik yollarla həllinə çağırır.

Bu barədə cümə günü KTMT-nin saytında təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunlarına dair dərc olunmuş bəyanatında bildirilib.

“Kollektiv Təhlükəsizlik Şurasının üzvləri təşkilatın sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, KTMT-yə üzv dövlətlərin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin kollektiv şəkildə qorunmasına sadiqliyini bir daha təsdiq edərək, regiondakı mövcud vəziyyəti və Ermənistan Respublikasına yardım üzrə birgə səyləri müzakirə edib.

Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi-diplomatik vasitələrlə, o cümlədən Ermənistanın baş naziri, Rusiya Prezidenti və Azərbaycan Prezidenti tərəfindən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.”, - KTMT-dən bildirilib.

17:38

“KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət müzakirə edilib”.

Bunu jurnalistlərə açıqlama verən KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının yekunları üzrə çıxışında Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç deyib.

“KTMT baş katibinin rəhbərlik etdiyi bu sammitdə Ermənistan-Azərbaycan sərhədi zonasında fəaliyyət göstərən monitorinq missiyasının nəticələrindən sonra yaranmış vəziyyət çox ciddi və səmimi şəkildə müzakirə edilib”.

O əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daha bir sammiti noyabrda keçiriləcək.

Bildirilib ki, gələn ayında sonunda keçiriləcək sammitdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Ermənistanın təşəbbüsü ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

Mənbə: Belta

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri