30 
Okt
2022
19:02
221
36
1772
Virtual karabakh

Səhiyyə naziri Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşdü - FOTO

30 Okt, 2022
19:02
1772

Səhiyyə naziri Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüşdü - FOTO

Bu gün Azərbaycanın Türkiyənin İstanbul şəhərində yerləşən Baş Konsulluğun təşkilatı dəstəyi ilə qardaş ölkənin dövlət və özəl sektorunda çalışan və ya təhsilini davam etdirməkdə olan 25-ə yaxın azərbaycanlı həkimlərlə görüş keçirilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən xaricdə yaşayan, eyni zamanda taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş həmyerlilərlə bağlı söylədiyi fikirləri xatırladıb:

“Vətənimiz daim şərəf gətirən ləyaqətli övladları ilə fəxr edib. Bu möhtəşəm ənənə bütün dövrlərdə olduğu kimi, bu gün də davam edir. Qürurverici haldır ki, həmyerlilərimiz hansı ölkədə yaşamasından asılı olmayaraq, doğma Vətənini heç vaxt unutmayıb, hər zaman xalqımıza öz dəstəyini göstəriblər. Belə ki, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarının, yaralıların və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər”.

T.Musayev xarici ölkələrdə ixtisaslaşan məzunlarımıza Azərbaycan səhiyyə sistemi tərəfindən hər zaman olduğu kimi dövlət dəstəyinin davam etdiriləcəyini, o cümlədən vətəndə xidmət etmək istəyənlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.

Öz növbəsində Türkiyədə çalışan həkimlərimiz onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, qardaş ölkədə onlar üçün yaradılmış şərait haqqında məlumat veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri