Noy
2022
11:48
541
13
1938
Virtual karabakh

Rusiya Təhlükəsizlik Şurasının eksperti: “Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır”

8 Noy, 2022
11:48
1938

Rusiya Təhlükəsizlik Şurasının eksperti: “Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır”

“Bir daha vurğulayacağam ki, Qarabağ Azərbaycandır. Artıq müharibə olub, sülh vaxtı gəlib çatıb”.

Bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Oxu.Az-a bildirib.

O, Vaşinqtonda ABŞ tərəfinin təşəbbüsü və ABŞ-nin dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın üçtərəfli görüşünü şərh edərkən bu fikirləri qeyd edib.

Nikiforov eyni zamanda Rusiyada və Ermənistanda son vaxtlar tez-tez səslənən “Qarabağın statusu məsələsinin gələcək nəsillərə saxlanması” fikrinə, həmçinin Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin və Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə açıq bəyanatlarına da münasibət bildirib. O, Qarabağda qalıb yaşamağa davam edəcək ermənilərin gələcək davranışları ilə bağlı da fikirlərini ifadə edib.

“İstənilən münaqişə diplomatik həll yolu ilə başa çatmalıdır, bu, başadüşüləndir. Ermənistan-Azərbaycan nizamlanmasında yekun nöqtə qoyulandan sonra Rusiya benefisiar olacaq.

Amma nəsil problemi də mövcuddur. Ermənilər və azərbaycanlılar bir-biri ilə az ünsiyyət saxlayıblar, müharibə ediblər. Ona görə də hesab edirəm ki, hüquqi statusdan deyil, mental statusdan, sosial-iqtisadi münasibətlərdən danışmaq olar.

Qarabağ Azərbaycandır, bir daha vurğulayacağam. Artıq müharibə olub, sülh vaxtı gəlib çatıb. Bəs insanların beynində Qarabağın hansı mental statusu formalaşacaq? Hər kəs bunu tam anlamı ilə dərk etmir. Qarabağda qalacaq ermənilərin gələcək nəsilləri özləri üçün yaşadıqları cəmiyyətin mental və sosial qavrayışını formalaşdırmalıdırlar. Bu, hüquqi faktor deyil, həmçinin ərazinin mülkiyyət məsələsi deyil – məhz bununla bağlı hər şey həll olunub”, - deyə ekspert qeyd edib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri