11 
Noy
2022
12:02
373
6
1010
Virtual karabakh

Tokayev: “Qazaxıstan dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”

11 Noy, 2022
12:02
1010

Tokayev: “Qazaxıstan dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ərazi bütövlüyü məsələsi Qazaxıstan üçün prioritetdir və Astana bütün dövlətlərlə münasibətdə bu prinsiplərə riayət olunmasına ciddi diqqət yetirəcək”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib.

“Qazaxıstan bütün dövlətlərin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, həmçinin BMT Nizamnaməsinə ciddi riayət olunmasını zəruri hesab edir”, - deyə o bildirib.

Dövlət başçısı bunu Qazaxıstanın təməl maraqlarına tam uyğun gələn zəruri prinsip adlandırıb və Astananın bu prinsipə üstünlük verəcəyini bəyan edib.

Xatırladaq ki, sammit Səmərqənddəki Konqres Mərkəzində keçirilib.

Mənbə: Tengrinews

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri