13 
Noy
2022
17:04
1023
30
5712
Virtual karabakh

Güneyli doğmalarımızın Xudafərin sevinci: “Azərbaycan var olsun, istəməyən kor olsun!” – VİDEO

13 Noy, 2022
17:04
5712

Güneyli doğmalarımızın Xudafərin sevinci: “Azərbaycan var olsun, istəməyən kor olsun!” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsində paylaşdığı növbəti qələbə müjdələrindən biri də Xudafərinlə bağlı idi: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

İki il öncə Ordumuzun bölmələrinin Xudafərində üçrəngli dövlət bayrağımızın qaldırması hərbi-strateji nailiyyət olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası kimi böyük əhəmiyyət daşıyırdı.

Yüz illər boyu Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri xalqımız üçün təkcə iqtisadi deyil, həm də mənəvi əhəmiyyət daşıyıb, milli birliyimizi möhkəmləndirib, el arasında deyildiyi kimi, Arazın o tayı ilə bu tayının sevincini, kədərini bölüşüb.

Arazboyu ərazilərin işğaldan azad edildiyi günlərdə o taydakı soydaşlarımız ordumuzun sürətli əks-hücumunu maraqla, fərəh hissi ilə izləyir, hərbçilərimizi alqışlayırdılar. Əsgərlərimizlə birlikdə “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” şüarları səsləndirən güneyli doğmalarımız Ordumuzun qələbəsini bayram edirdilər.

Bu, xalqımızın həmrəyliyinin, cənublu qardaş-bacılarımızın müstəqil dövlətimizə sevgisinin, onun gücünə, qüdrətinə heyranlığının nümayişi idi. Xudafərin körpüləri yüz illərin sınağından keçib gələn yurddaşlığın, dostluğun, qardaşlığın, doğmalığın və milli qürurun şahididir.

Bu körpülər daim var olacaq, xalqımızın birliyi yolunda o taylı – bu taylı Azərbaycanın tarixi nailiyyətlərinə yenə şahidlik edəcəkdir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri