16 
Noy
2022
20:20
17
315
3333
Virtual karabakh

Azərbaycanda altı min əhalisi olan kəndin içməli suyu yoxdur - VİDEO

16 Noy, 2022
20:20
3333

Azərbaycanda altı min əhalisi olan kəndin içməli suyu yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhalisi beş min nəfərdən çox olan Göyçay rayonunun Çərəkə kənd sakinləri uzun illərdir ki, suya həsrət qalıblar.

Əvvəllər kənddə artezian quyuları olub. Lakin sonradan həmin quyular da quruyub. Hazırda kənd sakinləri içməli suyu ətraf kəndlərdən və ya rayon mərkəzindən gətirməli olurlar.

Mövcud vəziyyətlə bağlı “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyətindən şifahi olaraq bildirilib ki, adıçəkilən artezian quyular idarənin balansında deyil və hazırda həmin quyular istismar müddətini başa vurub. 

“Azərsu” ASC-dən isə bildirilib ki, sözügedən kənd də içməli sudan əziyyət çəkən kəndlər siyahısına salınıb, hökumətə Çərəkədə də içməli su təchizatı sistemlərinin yaxşılaşdırılması ilə bağlı təkliflər verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri