19 
Noy
2022
18:18
177
28
1462
Virtual karabakh

Səfir Fələstində Azərbaycanın Təmsilçilik Ofisi açmasından DANIŞDI

19 Noy, 2022
18:18
1462

Səfir Fələstində Azərbaycanın Təmsilçilik Ofisi açmasından DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Fələstində Təmsilçilik Ofisinin açılması ilə bağlı qərarı ölkələr arasında mövcud dostluq münasibətlərindən xəbər verir”.

Bunu “Report”a Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim məlumat verib.

“Bu, mühüm mərhələdir və xalqlarımızı birləşdirən həmrəylik və möhkəm uzunmüddətli dostluq və qardaşlığın təzahürüdür. Bu ilin aprel ayında biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Müstəqilliyini bərpa etdikdən sonra Fələstinin Azərbaycan ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olması dostluq və həmrəylik nümunəsidir”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan həmişə Fələstinin beynəlxalq hüquq normaları, BMT-nin yüzlərlə müvafiq qətnaməsi əsasında azadlığının sadiq və sarsılmaz tərəfdarı olub.

“Biz Fələstin Dövlətinin tam azad olacağı və qardaş Azərbaycan Respublikasının Şərqi Qüdsdə səfirlik açacağı günü səbirsizliklə gözləyirik”, - N.Ə.Kərim vurğulayıb.

Xatırladaq ki, noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanun layihəsi qəbul olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri