23 
Noy
2022
17:44
229
11
1218
Virtual karabakh

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi

23 Noy, 2022
17:44
1218

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 23-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı əsnasında Türkiyənin Düzce vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb.

Bildirilib ki, Azərbaycan, hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır.

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri