23 
Noy
2022
22:40
273
92
1795
Virtual karabakh

Lukaşenko: “Minskin KTMT-dəki prioriteti Bakı ilə İrəvan arasında münaqişənin həlli olacaq”

23 Noy, 2022
22:40
1795

Lukaşenko: “Minskin KTMT-dəki prioriteti Bakı ilə İrəvan arasında münaqişənin həlli olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi dövründə prioritetlərindən biri Azərbaycan və Ermənistan arasında münaqişənin həlli olacaq.

O, bunu çərşənbə günü KTMT Kollektiv Təhlükəsizlik Şurasının İrəvanda keçirilən məhdud formatdaki sessiyasında deyib.

“Müəyyən ciddi nüanslar var, amma biz yenidən alovlana biləcək bu münaqişəni indi əsaslı şəkildə həll edə bilərik”, - deyə dövlət başçısı bəyan edib.

Bununla belə, o qeyd edib ki, hadisələrin bu cür inkişafı, ilk növbədə yalnız Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi ilə mümkün olacaq.

“Bu, Belarusun sədrliyinin prioritetlərindən biridir. Biz buna göz yummamalıyıq. Bu problemi həll edə bilsək də, edə bilməsək də, münaqişə KTMT-nin diqqət mərkəzində olmalıdır”, - Lukaşenko vurğulayıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri