26 
Noy
2022
11:08
183
13
2007
Virtual karabakh

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

26 Noy, 2022
11:08
2007

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - nazirlikdən qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri