29 
Noy
2022
12:00
316
17
1634
Virtual karabakh

Milli Məclisdə məsələ qaldırıldı: “Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - VİDEO

29 Noy, 2022
12:00
1634

Milli Məclisdə məsələ qaldırıldı: “Vardanyanı tutub Bakıya gətirmək lazımdır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı dəstələri Azərbaycan mövqelərini atəşə tuturlar”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Sahib Alıyev deyib. 

O bildirib ki, Rusiya sülhməramlı kontingenti regionda ömrünü uzatmaq istəyir. 

“Qarabağdakı Azərbaycan toponimlərinin qondarma erməni adları ilə təqdimatı təxribatdır”, - deyə deputat əlavə edib. 

Millət vəkili qeyd edib ki, Qarabağdakı Azərbaycan yer adlarının erməni adı ilə təqdimatı heç nəyi dəyişməyəcək. 

“Bu gün Ruben Vardanyan kimi dələduzları da Qarabağa göndəriblər. Vardanyan ora könüllü gəlməyib, onu Qarabağa göndəriblər. Vardanyan bəlkə də Rusiyada öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib. Bu, aydın görünür. Vardanyan kimi dələduzu ya Qarabağdan rədd etmək, ya da tutub Bakıya gətirmək lazımdır”, - deyə Sahib Alıyev söyləyib. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri