Dek
2022
12:46
35
185
2532
Virtual karabakh

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb - YENİLƏNİB

2 Dek, 2022
12:46
2532

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb - YENİLƏNİB

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

11:36

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarına rəhbər seçiləcək deputatların adları məlum olub.

Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsində qeyd olunub.

Layihəyə əsasən, 12 parlamentlərarası işçi qrupu yaradılacaq.

Belə ki, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Emin Hacıyevin namizədliyi Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin namizədliyi Azərbaycan-Panama, Cavid Osmanovun namizədliyi Azərbaycan-Sudan və Elman Nəsirovun namizədliyi Azərbaycan-Zimbabve, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının namizədliyi Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun namizədliyi Azərbaycan-Qvatemala, Rafael Hüseynovun namizədliyi Azərbaycan-Livan, Ramil Həsənin namizədliyi Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri