Dek
2022
14:15
27
384
5388
Virtual karabakh

Rusiya sülhməramlılarının iç üzü: Azərbaycanlı jurnalistlər necə təhdid olundular? - VİDEO

6 Dek, 2022
14:15
5388

Rusiya sülhməramlılarının iç üzü: Azərbaycanlı jurnalistlər necə təhdid olundular? - VİDEO

Sadəcə bir neçə saat bəs etdi ki, Rusiya sülhməramlıları özləri öz fəaliyyətlərini şübhə altına alsınlar. Baş Qərargahla əlaqələrinin olmadıqlarını, separatçıları separatçı hesab etmədiklərini və postlarda düzgün yoxlanış apara bilmədiklərini etiraf etsinlər. 

Azərbaycan mütəxəssislərinin Azərbaycan ərazisində tədqiqat aparmaq istəməyi niyəsə uzun prosesə çevrildi. Danışıqlar dəqiqələrlə davam etdi. 

Onlar Azərbaycanın nümayəndə heyətinin keçməsinə maneə törətdilər. Bu bəs deyil, hələ media nümayəndələrini də təhdid etdilər.

Sülhməramlıların arxasında gizlənən şəxslər isə onların “polis” kimi təqdim etdiyi separatçılar idilər. Rusiya sülhməramlıları da yaxşı bilirlər ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, həmin “polis”lər Azərbaycan ərazilərindən çıxarılmalı idilər.

Bütün bunlar, sadəcə bir gün ərzində baş verənlərin qısa fraqmentlərdir:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri