Dek
2022
14:46
212
23
2258
Virtual karabakh

Erməni deputat: “Sülh sazişi layihəsi ilə bağlı təkliflərin üçüncü mərhələsi müzakirə olunur”

6 Dek, 2022
14:46
2258

Erməni deputat: “Sülh sazişi layihəsi ilə bağlı təkliflərin üçüncü mərhələsi müzakirə olunur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb”.

Bu sözləri  Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan deyib.

“Bəli, həqiqətən Ermənistan tərəfi Azərbaycanın təkliflərini alıb. Bu, mahiyyətcə Ermənistanın təkliflərinə cavabdır. Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur”, - deyə o bildirib.

Erməni deputat ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin və ya xarici işlər nazirlərinin görüşünün istisna edilmədiyini də vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri