Dek
2022
15:19
609
26
2434
Virtual karabakh

Azərbaycan və Türkiyə Prezidentləri “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik ediblər - VİDEO

6 Dek, 2022
15:19
2434

Azərbaycan və Türkiyə Prezidentləri “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik ediblər - VİDEO

“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək "Qardaş yumruğu" təliminin Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü olduğunu qeyd edib, birliyimizin sarsılmaz və əbədi olduğunu bildirib.

Sonra Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir millət, iki dövlət anlayışı ilə keçirilən təlimin uğurla həyata keçirildiyini bildirib və heç kimin ayıra bilməyəcəyi birliyimizin gələcəkdə də davam etdiriləcəyini qeyd edərək bütün şəxsi heyəti təbrik edib.

15:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qardaş yumruğu” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin başa çatması münasibətilə təlimlərə cəlb edilən şəxsi heyəti təbrik edib.

Türkiyə lideri təlimləri izləyən milli müdafiə naziri Hulusi Akarla telefon əlaqəsi yaradaraq hərbçilərə xitab edib.

“Bir millət, iki dövlət” anlayışı ilə bu təlimləri uğurla həyata keçirdiniz. Sizlər dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz”, - deyə R.T.Ərdoğan bildirib.

O, çətin relyef və kəskin hava şəraitində keçirilən təlimlərin iki ölkənin ordularının da güclənməsinə töhfə verəcəyini qeyd edib.

“Bundan sonrakı təlimlərdə bu güc sizin ən vacib hərəkətverici qüvvəniz olacaq. Türkiyə və Azərbaycan bu təlimlərlə həmrəyliyini, birliyini gələcəkdə daha da gücləndirərək davam etdirəcək. Türkiyə olaraq biz bütün azərbaycanlı qardaşlarımızı candan sevirik. Candan sizi bağrımıza basırıq. Bu təlim də göstərir ki, biz bir-birimizlə ətlə sümük kimiyik. Kimsə bizi bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcək! İlham Əliyev qardaşımı da göstərdiyi qardaşlıq, sevgiyə görə ürəkdən təbrik edir, sizləri gözlərinizdən öpürəm. Sağ olun, var olun!”

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri