Dek
2022
18:28
22
267
2154
Virtual karabakh

Ermənistanın XİN rəhbəri: “İlin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşü keçirilə bilər”

7 Dek, 2022
18:28
2154

Ermənistanın XİN rəhbəri: “İlin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşü keçirilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.

“Konkret razılaşmalar yoxdur, amma düşünürəm ki, belə bir görüş ilin sonuna qədər baş tutacaq”, - deyə A. Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır.

Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır”.

Mənbə: Sputnik Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri