Dek
2022
15:02
478
14
1565
Virtual karabakh

Kərəm Karabulut: “Ermənistan Azərbaycana bir trilyon dollar təzminat ödəməlidir”

8 Dek, 2022
15:02
1565

Kərəm Karabulut: “Ermənistan Azərbaycana bir trilyon dollar təzminat ödəməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan Azərbaycana bir trilyon ABŞ dolları məbləğində təzminat ödəməlidir”.

“Report” xəbər verir ki, bunu Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

“Azərbaycan Qafqazda mədəniyyətin beşiyidir. Şuşa türk mədəniyyətinin mərkəzidir, türk dünyası üçün çox önəmli şəhərdir. Şuşadakı və ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıların iqtisadi aspektini də unutmaq olmaz:

“Ermənistan bu ərazilərdə yerləşən infrastruktur obyektlərinə, mədəni abidələrə vurduğu zərərə görə cavab verməlidir”, - o bildirib.

K.Karabulutun hesablamalarına görə, Ermənistan Azərbaycana bir trilyon dollar məbləğində təzminat ödəməlidir.

Atatürk Universitetinin müəllimi Ağdamda gördüyü dağıntılardan sonra hətta bu məbləğin yetərli olmadığını söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri