14 
Dek
2022
18:42
486
275
2525
Virtual karabakh

Azərbaycandan Ukraynaya generatorlar göndərildi - FOTO/VİDEO

14 Dek, 2022
18:42
2525

Azərbaycandan Ukraynaya generatorlar göndərildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandan Ukraynanın ali təhsil müəssisəsinə humanitar yardım göndərilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşım edib.

“Ölkəmizin enerji təchizatı obyektlərinin Rusiya qoşunları tərəfindən davamlı atəşə tutulması şəraitində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynanın Azərbaycandakı Səfirliyinin köməyi ilə doğma “Alma mater”ə son dərəcə mühüm humanitar yardım (generatorlar) göndəriblər.

Layihə, adıçəkilən ali təhsil müəssisəsinin Honoris Causa, Fəxri Doktoru olan İqbal Babayevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilib.

Təşəkkürlər dostlar! Birlikdə dayanacağıq! Birlikdə qalib gələcəyik!”, - deyə paylaşımda qeyd edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri