15 
Dek
2022
18:16
440
121
3397
Virtual karabakh

Əli Əsədov Tbilisidə Qəhrəmanlar abidəsini ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

15 Dek, 2022
18:16
3397

Əli Əsədov Tbilisidə Qəhrəmanlar abidəsini ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisidəki Qəhrəmanlar abidəsini ziyarət edib.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinin üzvləri abidənin önünə əklil qoyublar.

17:33

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olunub, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edilib.

Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov həmçinin Tbilisidəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.

Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvləri ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.

15:29

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

14:15

Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.

Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

10:34

Baş nazir Əli Əsədov Gürcüstana rəsmi səfərə gedib.

APA xəbər verir ki, səfər çərçivəsində Baş nazir Əli Əsədov və gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında təkbətək görüş keçiriləcək. Daha sonra hər iki ölkənin baş nazirinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə birgə iqtisadi komissiyasının lX iclası başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri