16 
Dek
2022
12:13
31
69
1284
Virtual karabakh

“Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi

16 Dek, 2022
12:13
1284

“Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşdan keçdi

Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az xatırladır ki, layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınıb.  

Qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. 

Qanun layihəsinin mətni ilə buradan tanış olmaq mümkündür. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri