30 
Dek
2022
17:26
84
56
927
Virtual karabakh

Mikayıl Cabbarov: “Qarabağda yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb”

30 Dek, 2022
17:26
927

Mikayıl Cabbarov: “Qarabağda yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye zonalarına investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 2 iqtisadi zona yerləşir:

“Bunlar Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarıdır”.

M. Cabbarov qeyd edib ki, Ağdam Sənaye Parkında 12 rezident və 3 qeyri-rezident qeydiyyata alınıb:

“Burada 700-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Çox əlamətdar hadisədir ki, 2023-cü ildə təsdiq edilmiş Ağdamın baş planına uyğun olaraq, yaşayış yerlərinin, infrastrukturun tikintisinə diqqət yönəldiləcək. Sənaye parkı soydaşlarımızın geri qayıdarkən işlə təmin olunması hədəfinə çatmaqda mühüm rol oynayacaq”.

Bundan başqa, onun sözlərinə görə, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası”nda 2 rezident qeydiyyata alınıb, yaxın vaxtlarda bir neçə rezidentin də qeydiyyata alınması nəzərdə tutulur:

“Burada isə 250 iş yerinin yaradılması nəzərdə tutulur”.

M. Cabbarov vurğulayıb ki, bunların hamısı özəl sektor tərəfindən həyata keçirilən layihələrdir:

“Bu layihələrə ümumi investisiya qoyuluşu 100 milyon manata yaxınlaşıb. Bunlar təsdiq olunmuş layihələrdir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri