30 
Dek
2022
17:37
29
82
5094
Virtual karabakh

Azərbaycanda icra başçısına yeni müavin təyin olundu - FOTO

30 Dek, 2022
17:37
5094

Azərbaycanda icra başçısına yeni müavin təyin olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı icra başçısı Elvin Paşayev sənəd imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Arzu Qocayev təyinat alıb.

Qeyd edək ki, Qocayev Arzu Rövşən oğlu 1991-ci ildə Göygöl şəhərində anadan olub. O, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Beynəlxalq Ticarət ixtisası üzrə magistr təhsili alıb.

2016-2018-ci illərdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ regional “ASAN xidmət” mərkəzində baş məsləhətçi, 2018-2022-ci illərdə Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru, 2022-ci ilin fevral ayından etibarən isə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsində çalışıb.

Ailəlidir. İki övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri