Yan
2023
01:00
356
81
1098
Virtual karabakh

Prezident: “Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmayan nadir ölkələrdəndir”

1 Yan, 2023
01:00
1098

Prezident: “Bu gün Azərbaycan iqtisadi və siyasi cəhətdən heç kimdən asılı olmayan nadir ölkələrdəndir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün bu nailiyyətlərə çatmaq üçün bizim güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib.

Bu ilin iqtisadi göstəricilərinin postpandemiya dövrü üçün qənaətbəxş olduğunu bildirən dövlətimizin başçısı deyib: “İqtisadiyyat təxminən 5 faiz artıb, qeyri-neft sektorunda 9 faizdən çox artıb. Bununla bərabər, bizim ümumi daxili məhsulumuz bu il rekord həddə – 130 milyard manata çatıb. Bu, tarixi nailiyyətdir. Bununla paralel olaraq bizim xarici dövlət borcumuz xeyli azalıb. Bu vəzifəni bir neçə il bundan qabaq mən hökumət qarşısında qoymuşdum ki, bizim xarici borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Keçən il 17 faiz idi, bu ilin son nəticələrinə görə 9,5 faizdir. Müqayisə üçün deyə bilərəm ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100, 120, hətta 150 faizini təşkil edir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri