Yan
2023
13:56
274
31
1158
Virtual karabakh

Estoniya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya ötürmək istəyir

5 Yan, 2023
13:56
1158

Estoniya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya ötürmək istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada ilk olaraq Estoniya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya ötürmək niyyətindədir.

Bunu Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reinsalu bildirib.

Onun sözlərinə görə, Aİ-nin Rusiyanın aktivlərinin müsadirə edilməsi barədə təşəbbüsü hələ irəliləmir, ona görə də Tallin öz mexanizmini hazırlamaq qərarına gəlib:

“Avropa ölkələri Avropa Komissiyasına Ukraynaya kömək etmək və bərpa prosesində yardım üçün dondurulmuş aktivlərin istifadəsinə imkan verəcək hüquqi sxem hazırlamağı tapşırıblar. Amma bu məsələdə hələ də konsensus əldə olunmayıb. Biz bunu hökumətlə müzakirə etdik və qərara gəldik ki, paralel olaraq bu pulların istifadəsinə icazə verəcək hüquqi struktur yaratmağa başlayaq”.

O qeyd edib ki, Estoniyanın Ukraynaya kömək etmək məqsədilə Rusiya aktivlərinin müsadirəsi üçün öz mexanizmini yaratması beynəlxalq hüquq baxımından presedent ola bilər.

Mənbə: Postimees

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri