Yan
2023
14:20
43
318
1862
Virtual karabakh

“Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin təməlində dayanır” - RƏY + FOTO

6 Yan, 2023
14:20
1862

“Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin təməlində dayanır” - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin təməlində dayanır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Ölkədə pandemiyanın təsirlərinin minimumlaşdırılması məqsədilə sosial dəstək paketlərinin icra olunduğunu xatırladan deputat bildirib ki, o cümlədən əməkhaqlarının, pensiya və müavinətlərin artırılması ilə əlaqədar proqramlar da mütəmadi icra olunur:

“Təbii ki, insanların maddi təminatlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar ümumi bahalaşmanın və inflyasiyanın əhalinin rifahına mənfi təsirlərini azaldır”.

Deputatın sözlərinə görə, ölkə başçısının 5 yanvar 2023-cü ildə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da bu baxımdan böyük əhəmiyyətə malikdir:

“1 yanvar 2023-cü ildən minimum əməkhaqqının 345, minimum əmək pensiyasının isə 280 manata qədər artırılması nəzərdə tutulur. Minimum əməkhaqqının artırılması bütün sferalarda işləyənlərin əməkhaqlarının artmasına müsbət təsir göstərəcək. O cümlədən müavinətlərdə də artımlar olacaq”.

A.Badamov hesab edir ki, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən bu cür sərəncamların mütəmadi imzalanması Prezident İlham Əliyevin siyasətinin təməlində vətəndaşların rifahının dayandığının göstəricisidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri