11 
Yan
2023
15:24
273
51
6788
Virtual karabakh

İsrailə təyin olunan ilk səfirimiz kimdir? - DOSYE

11 Yan, 2023
15:24
6788

İsrailə təyin olunan ilk səfirimiz kimdir? - DOSYE

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Muxtar Məmməd oğlu Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.  

Oxu.Az Muxtar Məmmədovun dosyesini təqdim edir.

Elm və təhsil nazirinin müavini M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin, Belçikanın Avropa Kollecinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur.

M.Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb. 2009-2013-cü illərdə Azərbaycanın Belçikadakı səfirliyində fəaliyyət göstərib.

2013-cü ildən etibarən Elm və Təhsil Nazirliyində çalışıb. Belə ki, M.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, bu idarənin aparatına rəhbərlik edib.

2021-ci ilin aprel ayından etibarən isə nazir müavini vəzifəsində çalışıb.

Səfir elm və təhsil sahəsində İsraillə innovativ əməkdaşlıq layihələrinə rəhbərlik edib.

Muxtar Məmmədov rus, ingilis və türk dillərini mükəmməl bilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri