19 
Yan
2023
22:50
255
54
1253
Virtual karabakh

İlham Əliyev Davosda Aİ-nin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb - YENİLƏNİB + VİDEO

19 Yan, 2023
22:50
1253

İlham Əliyev Davosda Aİ-nin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolu xüsusi qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verdi.

Ölkəmizin öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirdiyi vurğulandı.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edildi. Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirildi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparıldı.

19:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri