20 
Yan
2023
10:44
199
14
967
Virtual karabakh

XİN başçısı: “Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir” - VİDEO

20 Yan, 2023
10:44
967

XİN başçısı: “Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır, narahatlığını ifadə edir. Bir sıra xarici ölkələrdən bəlli çağırışlar olur. Ermənistan tərəfi orada blokada təsəvvürü yaratmağa çalışır”.

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir diqqətə çatdırıb ki, dövlətimizin mövqeyi açıqdır və Azərbaycan tərəfi əlindən gələni edir:
 
“Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçirlər. Eyni zamanda ehtiyacı olan insanlar da oradan çıxarılır və ya gəlir. Məsuliyyətli dövlət olaraq humanitar böhranın qarşısının alınması üçün atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış hansısa fakt barədə müzakirə aparmaq doğru yanaşma deyil. İnsanların niyə etiraz etməsinin sadə cavabı var. Əsas hədəf Azərbaycanın təbii sərvətlərinin talanması, ekoloji fəlakətlərin dayandırılmasıdır. Azərbaycan dövləti təbii sərvətlərin talanmasının qarşısını almaq üçün bir ilə yaxındır danışıqlar aparırdı”.

Ceyhun Bayramov onu da əlavə edib ki, Azərbaycan dövləti Laçın yolunda təhlükəsiz hərəkətə zəmanət verir:

“Üçtərəfli Bəyanatda konkret olaraq üç məqsəd göstərilib. Bu isə insanların, yükləyin və nəqliyyat vasitələrinin keçididir. Burada dördüncü məqsəd yoxdur. Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri