20 
Yan
2023
12:04
31
307
979
Virtual karabakh

Allahşükür Paşazadə 20 Yanvar faciəsi barədə: “İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar”

20 Yan, 2023
12:04
979

Allahşükür Paşazadə 20 Yanvar faciəsi barədə: “İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar”

“44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Biz bu gün burada bütün şəhidlərimizi yad edirik. Allah 20 Yanvar şəhidlərinə, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət etsin, qazilərə cansağlığı versin”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

“Mən buradakıların hər birini ayrı-ayrılıqda tanıyıram, onların necə qəbirə qoyulmalarının şahidi olmuşam. Buradakı qəbirlərinin qazılmasını çox yaxşı xatırlayıram. Hətta şəhidlərimizin burada dəfn edilməsində mən təkid etdim. O vaxt dəfn üçün təchizat da vermədilər bizə. Qar yağırdı, hava çox soyuq idi. İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar. Çox çətin idi. Bizə dövlət kömək etmədi. Xalq toplaşıb şəhid oğullarını dəfn etdi. Amma bizim torpaqlarımız azad oldu, biz özümüzü tanıdıq. Azərbaycanın müstəqilliyinə görə biz şəhidlərimizə dua etməli, onları unutmamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”, - deyə Şeyx qeyd edib.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri