20 
Yan
2023
18:02
169
11
1276
Virtual karabakh

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib - FOTO

20 Yan, 2023
18:02
1276

Ağdamda Şəhidlər xiyabanına yürüş keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib. 

Bu barədə Prezidentin Qarabağ İqtisadi Rayonu üzrə Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri iştirak edib.
 
Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin Qərargahından başlayan yürüşdə ziyarətçilər ilk öncə Şəhidlər xiyabanına gedib, şəhidlərin ruhlarına dualar oxunub, məzarlarına gül dəstələri qoyulub və şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda Xüsusi Nümayəndə Emin Hüseynov çıxış edib.

Fotolardan birində Ağdam Şəhidlər xiyabanındakı son vəziyyət əks olunub. Belə ki, işğal dövründə məhv edilən xiyabanda hazırda qəbirlərin hansı şəhidlərə məxsus olduğu aydın şəkildə görünür. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri