24 
Yan
2023
12:16
204
45
2309
Virtual karabakh

Leyla Abdullayevadan Ermənistana çağırış - FOTO

24 Yan, 2023
12:16
2309

Leyla Abdullayevadan Ermənistana çağırış - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa İttifaqının Ermənistana missiya göndərməsi Ermənistanın öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

“Bu məsələdən sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək barədə qərar verib.

Missiyanın iki il fəaliyyət göstərəcəyi gözlənilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri