24 
Yan
2023
18:34
319
93
1111
Virtual karabakh

Azərbaycanla Rusiya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq edəcəcək

24 Yan, 2023
18:34
1111

Azərbaycanla Rusiya terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq edəcəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Rusiya arasında terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında saziş təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Saziş 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri