27 
Yan
2023
20:39
277
17
1958
Virtual karabakh

“Haber Global”da Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum müzakirə olundu - VİDEO

27 Yan, 2023
20:39
1958

“Haber Global”da Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum müzakirə olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Haber Global” kanalında yayımlanan verilişdə Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müzakirələr aparılıb.

Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva baş verən terror hadisəsi ilə bağlı danışıb.

“Təbii ki şok içindəyik. Səhəri belə bir xəbərlə açdıq. Necə qarşılaya bilərik, təbii ki, çox kədərləndik. Hər hansı diplomatik missiyalara, insanlara qarşı olan hücumu qəti şəkildə pisləyirik. Həmçinin qeyd edim ki, Orxan Əsgərov - bizim qəhrəman şəhidimiz bir neçə il bundan əvvəl burda bizimlə çalışıb və onun ailəsini şəxsən tanımağımız təbii ki, bizi daha çox kədərləndirdi. Digər əməkdaşlarımız üçün də olduqca üzüldük.  

Hər bir ölkə öz ərazisində diplomatik missiya, səfirlik varsa, o diplomatik nümayəndəliyin, əməkdaşlarının təhlükəsizliyinə cavabdehlik daşıyır. Azərbaycan necə diplomatik nümayəndəliklərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırsa, İran da ərazisində yerləşən səfirliyin əməkdaşlarının təhlükəsizliyinin qorunmasını təmin etməlidir”, - deyə o qeyd edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri