27 
Yan
2023
23:05
331
12
756
Virtual karabakh

İsveç XİN: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik”

27 Yan, 2023
23:05
756

İsveç XİN: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən qəddar hücumu pisləyirik”.

Bu barədə İsveç Xarici İşlər Nazirliyi “Twitter”də məlumat yayıb.

“Mərhumun ailəsinə başsağlığı veririk və yaralananların tezliklə sağalmasını diləyirik. Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir”, - məlumatda deyilir.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri