28 
Yan
2023
16:26
180
17
1030
Virtual karabakh

Tacikistan XİN başçısı Ceyhun Bayramova zəng etdi

28 Yan, 2023
16:26
1030

Tacikistan XİN başçısı Ceyhun Bayramova zəng etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tacikistanlı nazir hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib.

Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb, onlardan biri əməliyyat olunub. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri