31 
Yan
2023
13:12
220
17
860
Virtual karabakh

Səudiyyə Ərəbistanının baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyində törədilən terroru pisləyib - FOTO

31 Yan, 2023
13:12
860

Səudiyyə Ərəbistanının baş prokuroru Azərbaycanın Tehrandakı səfirliyində törədilən terroru pisləyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının baş prokuroru Səud Əl Müacib Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşüb. 

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Görüş zamanı Səud Əl Müacib ölkəmizin Tehrandakı səfirliyində törədilən terror aktını qınayıb.

“Şeyx Əl Müacib yanvar 27-də ölkəmizin Tehrandakı səfirliyində xain terror aktını şiddətlə qınadığını bildirərək, həlak olan zabitimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin dəvəti ilə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanında işgüzar səfərdə olub.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri