Fev
2023
12:57
181
18
857
Virtual karabakh

Azərbaycan Prezidenti: “Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik” - VİDEO

3 Fev, 2023
12:57
857

Azərbaycan Prezidenti: “Qarşıdakı illərdə yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçiririk. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Dövlətimizin başçısı bu sahədə bp şirkəti ilə də layihənin icrasına başlanılacağını vurğulayaraq qeyd edib: 

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavatlıq enerji stansiyası yaradacağıq. Qarşıdakı illərdə biz yüz milyonlarla kubmetr təbii qaza qənaət edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri