Fev
2023
15:54
28
341
1526
Virtual karabakh

İran terror hadisəsinin təfərrüatı barədə Azərbaycana məlumat vermir - RƏSMİ + FOTO

6 Fev, 2023
15:54
1526

İran terror hadisəsinin təfərrüatı barədə Azərbaycana məlumat vermir - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun əraziyə kiminlə gəlib-gəlməməsindən asılı olmayaraq, o, terror törədib”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə keçirdiyi brifinqdə deyib.

“Ümumiyyətlə, terror hücumunun təfərrüatı barədə İran Azərbaycana məlumat vermir”, - deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov - hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Daha çox foto burada: PhotoStock.az

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri